ABL-də lider dəyişdi
Azərbaycan Basketbol Liqasında 23-cü tura start verilib.
mediasport.az xəbər verir ki, açılış oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları qarşılaşıb.
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə qələbəni Xırdalan basketbolçuları qazanıblar - 84:69. Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (20 xal, 12 ribaund), "AAAF Xırdalan"dan isə Deymon Makdouel (28 xal, 5 ribaund) olub.
Bu qələbə ilə xallarını 39-a çatdıran "AAAF Xırdalan" liderliyə yüksəlib. Eyni xala malik "Sabah" isə ikinci pilləyə enib. Turun NTD - "Olimpik Şəki", "Neftçi İK - "Sərhədçi PİK", "Gəncə" - "Zirvə Astara" oyunları 1-2 apreldə keçiriləcək.