Azərbaycan milli komandası seçmə mərhələlərdə ilk qələbəsini qazanıb

Azərbaycan milli komandası seçmə mərhələlərdə ilk qələbəsini qazanıb

Tarixində ilk dəfə dünya çempionatlarının seçmə qrup mərhələlərində iştirak edən Azərbaycanın basketbol üzrə milli komandası ilk qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, Tahir Baxşıyevin komandası DÇ-2027-nin A qrupunun ikinci matçında Kosovo yığmasından üstün olub.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutan gərgin və dramatik qarşılaşma basketbolçularımızın 87:77 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız qrupun ilk görüşündə İsveçrəyə məğlub olub (53:72).


Dünya Kuboku-2027. A qrupu. 2-ci tur


Azərbaycan - Kosovo 87:77 (19:19, 24:25, 16:16, 28:17)

Azərbaycan millisi: Ulaş Turqut, Zaur Paşayev, Kamran Məmmədov, Orxan Aydın, Donta Holl, Sadətdin Donat, Amil Həmzəyev, Şirzad Şirzadov, Endər Poladxanlı, Əkbər Məmmədov, Ərcan Donat, Elşad Şirzadov.

Baş məşqçi: Tahir Baxşıyev.