"Sabah"da yeni legioner
“Sabah” basketbol klubu heyətinə yeni legioner cəlb edib.
Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi 204 sm boya malik 32 yaşlı latviyalı hücumçu Artyoms Butyankovsla 1 illik müqavilə bağlayıb.
Butyankovs karyerası ərzində Latviyanın “Valmiera”, “Ventspils”, “Betsafe Liepaja”, “VEF Riqa”, “Yurmala Feniks”, Niderlandın “Donar Qroningen” və İtaliyanın “Givova Skafati” klublarında çıxış edib.