"Sumqayıt" "Xırdalan"a uduzub
Azərbaycan Basketbol Liqasınını debütantı "Sumqayıt" "Xırdalan"la yoldaşlıq görüşü keçirib.
Mediasport.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan qarşılaşma "Xırdalan"ın 76:66 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ABL-də 2023/2024-cü illər mövsüm oktyabrın 22-də start götürəcək.
Çempionatda bu mövsüm 10 komanda iştirak edəcək: "Sabah", NTD-İNDİQO (Xaçmaz), "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt".
Yarış iki dövrədən - 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk "altılıq"da tamamlayan klublar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Bu "altılıq"da ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.