Dünya çempionatında fərqlənən atıcılarımız təltif edildilər - FOTO

Dünya çempionatında fərqlənən atıcılarımız təltif edildilər -  FOTO

Perunun Lima şəhərində keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatında yüksək nəticə göstərən idmançılar təltif edilib.

Mediasport.az xəbər verir ki, İmran Əliyev 50 metr məsafəyə atəşaçmada 552 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Sofiya Barxalova isə 50 metr məsafə yarışında 535 xal toplayıb və üçüncü yeri tutub.

Qızlardan ibarət komandamız - Zeynəb Sultanova, Leyli Əliyeva, Sofiya Barxalova 10 m məsafəyə pnevmatik tapançadan atəş yarışının finalında ikinci olublar.