Son çempion asan qələbə qazandı, "Sumqayıt" və "Quba" məğlub oldu

  Son çempion asan qələbə qazandı, "Sumqayıt" və "Quba" məğlub oldu

Bu gün Azərbaycan Basketbol Liqasında yeni mövsümün birinci turuna yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma keçirilib.

Son çempion "Sabah" qələbə qazanıb, "Quba" və "Sumqayıt" yarışa məğlubiyyətlə start verib.

Buna qədər "Naxçıvan" "Neftçi"ni (84:79), "Abşeron" NTD-ni (75:69), "Gəncə" "Lənkəran"ı (90:75) məğlub edib.

Azərbaycan Basketbol Liqası. 1-ci tur

20 oktyabr

"Sabah" - "Sərhədçi" 80:53

Bakı İdman Sarayı.

"Şəki" - "Quba" 90:83

Şəki Olimpiya İdman Kompleksi.

"Sumqayıt" - "Ordu" 80:103

Sumqayıt Olimpiya İdman Kompleksi.