ABŞ və Boliviyadan erkən vida, Uruqvay və Panama 1/4 finalda
Futbol üzrə Amerika Kuboku turnirinin qrup mərhələsində 3-cü turunun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, ötən gecə C qrupunda iki matç keçirilib.
Boliviya - Panama (1:3) duelində qələbə qazanan ikincilər adını 1/4 finala yazdırıb. Boliviya üçün turnir erkən başa çatıb.
ABŞ millisini də məğlub edən Uruqvay (0:1) maksimum nəticə ilə (9 xal) növbəti mərhələyə adını yazdırıb. ABŞ-nin də cari mövsüm Amerika Kubokundakı mübarizəsi yekunlaşıb.
Xatırladaq ki, bu gecə D qrupunda keçiriləcək 2 oyunla növbəti mərhələyə çıxacaq digər yığmaların adları müəyyənləşəcək.
Amerika Kuboku. Qrup mərhələsi. 3-cü tur
2 iyun
C qrupu
Boliviya - Panama 1:3
Qollar: Bruno Miranda, 69 - Xose Fajardo, 22; Eduardo Guerrero, 79; Sezar Yanis, 90+1.
"AT & T" stadionu.
ABŞ - Uruqvay 0:1
Qol: Matias Olivera, 66.
"Hard Rok" stadionu.
Xal durumu: Uruqvay - 9 xal, Panama - 6 xal, ABŞ - 3 xal, Boliviya - 0 xal.
3 iyun
D qrupu
05:00 Braziliya - Kolumbiya
05:00 Kosta-Rika - Paraqvay
Xal durumu: Kolumbiya - 6 xal, Braziliya - 4 xal, Kosta-Rika - 1 xal, Paraqvay - 0 xal.