Azərbaycan yığmalarının sabiq üzvü AFFA-nı məhkəməyə verdi
"Neftçi"nin sabiq futbolçusu Mirhüseyn Seyidov AFFA-nı məhkəməyə verib.
Mediasport.az xəbər verir ki, futboldan ömürlük uzaqlaşdırılan Seyidov ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılacaq.
O, 2017-ci ilin dekabrında "Keşlə"də (indiki "Şamaxı") çıxış edərkən oyunun idman nəticəsinin manipulyasiyasına görə AFFA-nın İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıb.
Mirhüseyn Seyidov 2007-2014-cü illərdə Azərbaycanın U-17, U-19 və U-21 milli komandalarında 37 oyun keçirib, 3 qol vurub.