Patrik Andrade penaltini qaçırıb, Kabo Verde yarımfinala çıxa bilməyib - Afrika Millətlər Kuboku

Patrik Andrade penaltini qaçırıb, Kabo Verde yarımfinala çıxa bilməyib - Afrika Millətlər Kuboku

Asiya Kubokunda olduğu kimi, Afrika Millətlər Kubokunda da yarımfinal cütləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "Qarabağ"lı Patrik Andradenin çıxış etdiyi Kabo Verde Cənubi Afrikaya uduzub (0:0, penaltilər - 1:2).

Maraqlıdır ki, kabo verdelilərin heyətində 5 penaltidən 4-nü qaçıranlardan biri də Andrade olub.

1/4 finalın digər oyununda isə turnirə ev sahibliyi edən Fil Dişi Sahili Malini çətinliklə məğlub edib (2:1).

Beləliklə, Afrika Millətlər Kubokunda da yarımfinalda baş tutacaq oyunlar müəyyənləşib.

Afrika Millətlər Kuboku. Yarımfinal cütləri

7 fevral

21:00 Nigeriya - Cənubi Afrika

00:00 Fil Dişi Sahili - Konqo