Portuqaliya və İspaniyadan qələbə, Xorvatiya səfərdən məğlub döndü

Portuqaliya və İspaniyadan qələbə, Xorvatiya səfərdən məğlub döndü

Futbol üzrə UEFA Millətlər Liqasında 5-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 9 qarşılaşma baş tutub.

Son Avropa çempionu İspaniya səfərdə Danimarkanı məğlub edib.

Portuqaliya doğma azarkeşlər önündə Polşanı 5:1 hesabı ilə üstələyib. Yorulmaq bilməyən əfsanəvi Kriştiano Ronaldo matçda dublla yadda qalıb.

Rumıniya - Kosovo matçı azarkeşlərin davranışlarına görə son dəqiqələrdə yarımçıq dayandırılıb.

UEFA Millətlər Liqası. 5-ci tur

A Liqası. 1-ci qrup

Portuqaliya - Polşa 5:1

Şotlandiya - Xorvatiya 1:0

Xal durumu: Portuqaliya - 13, Xorvatiya - 7, Polşa - 4, Şotlandiya - 4

A Liqası. 4-cü qrup

Danimarka - İspaniya 1:2

İsveçrə - Serbiya 1:1

Xal durumu: İspaniya - 13, Danimarka - 7, Serbiya - 5, İsveçrə - 2

C Liqası. 2-ci qrup

Kipr - Litva 2:1

Rumıniya - Kosovo 0:0

Xal durumu: Rumıniya - 13, Kosovo - 10, Kipr - 6, Litva - 0

C Liqası. 3-cü qrup

Şimali İrlandiya - Belarus 2:0

Lüksemburq - Bolqarıstan 0:1

Xal durumu: Şimali İrlandiya - 10, Bolqarıstan - 8, Belarus - 6, Lüksemburq - 2

D Liqası. 1-ci qrup

San Marino - Cəbəllütariq 1:1

Xal durumu: Cəbəllütariq - 6, San Marino - 4, Lixtenşteyn - 2