Futbolçumuz Ermənistan səfərində, "Sabah" və "Neftçi"nin potensial rəqibləri üz-üzə - Konfrans Liqası

Futbolçumuz Ermənistan səfərində, "Sabah" və "Neftçi"nin potensial rəqibləri üz-üzə - Konfrans Liqası

Futbol üzrə UEFA Konfrans Liqasında 2023/2024-cü illər mövsümünə start verilib.

MediaSport.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində ilk gün 2 matç keçirilib, 29 duel isə bu axşam baş tutacaq.

Azərbaycan milli komandasının hücumçusu Vüsal İsgəndərlinin yeni müqavilə bağladığı "Eqnatiya" (Albaniya) Ermənistanda "Ararat"ın qonağı olacaq. 28 yaşlı İsgəndərli komandası ilə birlikdə İrəvandadır, onun bu gün meydana çıxması gözlənilir.

Yarışda Azərbaycan təmsilçiləri "Sabah" və "Neftçi"yə II təsnifat mərhələsində rəqib ola biləcək kollektivlər də bu gün meydana çıxacaqlar.

"Sabah"ın potensial rəqibləri - "Makedoniya" və Latviyanın RFŞ komandaları Şimali Makedoniyanın paytaxtı Skopyedə üz-üzə gələcəklər, "Neftçi"nin potensial rəqibləri - Bosniya və Herseqovinanın "Jelezniçar" və Belarusun "Dinamo" (Minsk) komandaları isə Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər.


Avropa Konfrans Liqası. I təsnifat mərhələsi. İlk oyunlar


12 iyul


"Düdelanj" (Lüksemburq) – "Sent Patriks" (İrlandiya) 2:1

Qollar: Oge van Lingen, 24, Yahçuro Remer, 61 - Mark Doyl, 90+3.

B36 (Farer adaları) – "Payde" (Estoniya) 0:0


13 iyul

19:00 Ararat (Ermənistan) - Eqnatiya (Albaniya)

19:00 Eskaldes (Andorra) - Vikinqur (Farer adaları)

19:00 Pünik (Ermənistan) - Narva (Estoniya)

19:00 Tobol (Qazaxıstan) - Honka (Finlandiya)

19:30 Makedoniya (Makedoniya) - RFŞ (Latviya)

19:30 Jilina (Slovakiya) - Levadiya (Estoniya)

20:00 Panevezis (Litva) - Milsami (Moldova)

20:00 Haka (Finlandiya) - Krusaders (Şimali İrlandiya)

20:00 Meqpays (Cəbəllütariq) - Dandalk (İrlandiya)

21:00 Alaşkert (Ermənistan) - Arsenal (Monteneqro)

21:00 Domjale (Sloveniya) - Balzan (Malta)

21:00 Dukaqçini (Kosovo) - Avropa (Cəbəllütariq)

21:00 Qzira (Malta) - Qlentoran (Şimali İrlandiya)

21:00 Hegelmann (Litva) - Şkupi (Şimali Makedoniya)

21:00 Riqa (Latviya) - Vikinqur (İslandiya)

21:00 Torpedo (Gürcüstan) - Sarayevo (Bosniya və Herseqovina)

21:30 DAK (Slovakiya) - Dila Qori (Gürcüstan)

21:30 Niederkorn (Lüksemburq) - Qjilani (Kosovo)

21:30 Penibont (Uels) - Santa Koloma (Andorra)

22:00 Torşavn (Farer adaları) - Derri Siti (Şimali İrlandiya)

22:00 Akureyri (İslandiya) - Konnah (Uels)

22:00 Tirana (Albaniya) - Dinamo (Batumi, Gürcüstan)

22:00 Şkendiya (Şimali Makedoniya) - Haverford (Uels)

22:00 Vaduts (Lixtenşteyn) - Neman (Belarus)

22:30 Sutyeska (Monteneqro) - Kosmos (San Marino)

22:30 Jelezniçar (Bosniya və Herseqovina) - Dinamo (Minsk, Belarus)

22:45 La Fiorita (San Marino) - Zimbru (Moldova)

22:45 Linfild (Şimali İrlandiya) - Vlajniya (Albaniya)

23:00 Maribor (Sloveniya) - Birkirkara (Malta)