"Qarabağ"ın Avroliqa rəqibi 5 əsas futbolçusunu satışa çıxardı - Bakı səfəri öncəsi BÖHRAN davam edir
Noyabrın 28-də UEFA Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq Fransanın "Olimpik" klubu borclarını ödəmək üçün çıxış yolları axtarır.
Mediasport.az xəbər verir ki, Lion təmsilçisi problemin həllini heyətin bir neçə bahalı üzvünü satışa çıxarmaqda görüb.
Fransa mətbuatının məlumatına əsasən, "şirlər" konkret 5 futbolçusunu transferə çıxarıblar.
Liqa 1 təmsilçisi Səid Benrahma, Gift Orban, Ernest Nuama, Maksens Kakere və Sael Kembedini satmağa qərar verib.
Bu futbolçular həm də yüksək ödəniş alan oyunçulardır.
Xatırladaq ki, Azərbaycan çempionunun fransızlarla qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.