Açıq Okeaniya turnirində ölkəmizi 8 cüdoçu təmsil edəcək
Avstraliyanın Pert şəhərində 10-11 noyabrda cüdo üzrə Açıq Okeaniya turniri keçiriləcək.
Mediasport.az xəbər verir ki, turnirdə 64 ölkədən 299 idmançı iştirak edəcək.
Azərbaycan yarışda qadınlar və kişilər arasında 5 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qadınlar
-52 kq.
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva
-57 kq.
Fidan Əlizadə
Kişilər
-66 kq.
Kamran Süleymanov
-73 kq.
Rəşid Məmmədəliyev
Nurlan Osmanov
-90 kq.
Murad Fətiyev
Elcan Hacıyev