Azərbaycanın 19 cüdoçusu Avropa çempionatında iştirak edəcək
Azərbaycanın yeniyetmə cüdoçuları iyunun 27-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, yarışda ölkəmiz 19 cüdoçu ilə təmsil olunacaq.
Milli komandamız 14 çəki dərəcəsində mübarizə aparacaq.
Qızların yarışında Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kq), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq), Mələk Bayramlı (70 kq), oğlanlarda isə Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq), Nihad Məmişov (55 kq), Nihad Rəhimov (60 kq), Səlim Soltanov (66 kq), Cəsur İbadlı (73 kq), Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaq.
Fərid Qarayev komanda yarışında mübarizəyə qoşulacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.
İdmançılar iyunun 27-29-da fərdi, 30-da isə komanda yarışında qüvvələrini sınayacaqlar.