Azərbaycan AÇ-də 1-ci oldu: 6-cı qızıl medal Ramazan Əhmədovdan gəldi

Azərbaycan AÇ-də 1-ci oldu: 6-cı qızıl medal Ramazan Əhmədovdan gəldi

Azərbaycan cüdoçularının Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxışları davam edir.

MediaSport.az xəbər verir ki, bu gün daha bir idmançımız qitənin ən güclüsü adını qazanıb.

90 kq-dan yuxarı çəkidə yarışan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Mübarizəyə qoşulan digər təmsilçimiz Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl Vüsalə Hacıyeva (48 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) Avropa çempionu olub, Xədicə Qədəşova (52 kq), Əhməd Rüstəmov (55 kq) və Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan millisi 9 medalla komanda hesabında birinci yeri tutub. Sabah Avropa çempionatında qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.