Cüdoçularımız Litvadakı Avropa Kubokunda 2 medal qazandılar
Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Litvanın Kaunas şəhərində keçirilən Avropa Kubokunda 2 medal qazanıb.
mediasport.az xəbər verir ki, yığmanın iki üzvü yarışda bürünc mükafata yiyələnib.
Leyla Dəmirova (48 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsüyə qalxıblar.
Digər cüdoçulardan Rita Əliyeva (52 kq), Pərvanə Abdullayeva (70 kq), Nərmin Əmirli (78 kq) 5-ci yeri, Gülnarə Bayramova və Nuray Quliyeva (hər ikisi 57 kq) 7-ci yeri tutublar.