Azərbaycan millisi Avropa Kubokunda ilk medalını qazanıb
Azərbaycan yığması yeniyetmə cüdoçular arasında təşkil olunan Avropa Kubokunun ilk günündə 1 medal qazanıb.
Mediasport.az xəbər verir ki, Çexiyanın Teplitse şəhərində keçirilən turnirdə Xədicə Abdullayeva gümüş medal əldə edib.
Yarışın ilk günündə 4 çəki dərəcəsində mübarizə aparan idmançılarımızdan yalnız 40 kq-da Abdullayeva uğurlu çıxış edərək ikinci yeri tutub.
Qeyd edək ki, dünən daha 3 cüdoçumuz 5-ci olub.