MENECER: "Qarabağ" yeni qapıçı ilə uzunmüddətli müqavilə bağlayacaq

MENECER: "Qarabağ" yeni qapıçı ilə uzunmüddətli müqavilə bağlayacaq

“Qarabağ”ın transfer etməyə yaxın olduğu deyilən Polşa millisinin qapıçısı Mateuş Koxalskinin bu həftə Azərbaycana gələcəyi bildirilir.

Mediasport.az mümkün keçidlə bağlı bəzi detalları dəqiqləşdirə bilib.

Vətənində "Stal"ın şərəfini qoruyan 24 yaşlı qolkiperin agentinin saytımıza verdiyi məlumata görə, anlaşma yaxın 1-2 gündə həllini tapmalıdır:

"Danışıqlarda bir çox məsələlər razılaşdırlıb. Böyük bir problem çıxmasa, keçid qısa zamanda baş tutacaq. Burada əsas məsələ uzunmüddətli anlaşmanın əldə edilməsidir. Azərbaycan çempionu Koxalski ilə 3-4 illik müqavilə bağlamaq istəyir".

Xatırladaq ki, Polşa mətbuatı transferin reallaşacağı təqdirdə "Qarabağ"ın Mieleç klubuna 1 milyon avroya yaxın təzminat ödəyəcəyini yazıb.

Daha əvvəl "Legiya" və "Radomiak"da çıxış etmiş qolkiperin 2022-ci ildən formasını geytindiyi "Stal"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.