1-ci Bundesliqanın rəsmi səhifəsi Mahir Emrelinin şəklini paylaşdı

1-ci Bundesliqanın rəsmi səhifəsi Mahir Emrelinin şəklini paylaşdı

Almaniya Bundesliqasının rəsmi "Facebook" səhifəsində "Nürnberq"in "Qröyter Fürt"ü məğlub etməsi haqda paylaşım edilib (4:0).

Mediasport.az xəbər verir ki, sözügedən qələbədə baxımlı qol vuran milli komandamızın üzvü Mahir Emrelinin fotosu paylaşımda yer alıb.

Xatırladaq ki, yığmamızın forvardının komandası həmin qarşılaşmadan sonra turnir cədvəlində 13 xalla 9-cu pillədə qərarlaşıb.