BOS-dakı VAR Mərkəzi fəaliyyət göstərməyəcək - AFFA açıqladı

BOS-dakı VAR Mərkəzi fəaliyyət göstərməyəcək - AFFA açıqladı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 01.02.2025-ci il tarixinədək fəaliyyətini dayandırıb.

Mediasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə Azərbaycan Kuboku və Premyer Liqa çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.

Federasiyanın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.