FİFA-dan ŞOK qərar - Mahir Emreli futboldan uzaqlaşdırıldı!

FİFA-dan ŞOK qərar - Mahir Emreli futboldan uzaqlaşdırıldı!

FİFA milli komandamız və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli haqqında şok qərar çıxarıb.

MediaSport.az xəbər verir ki, buna səbəb 25 yaşlı forvardın keçmiş klubu "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsidir. Məsələ ilə bağlı Polşa klubunun hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski "tvitter" səhifəsində paylaşım edib.

FİFA Futbol Tribunalı da Mahir Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.