AFFA-dan gülməli cərimə: Otağı gec təmizləməyin cəzası - 80 azn
AFFA İntizam Komitəsi "Səbail"i cərimələyib.
MediaSport.az xəbər verir ki, paytaxt təmsilçisinin əvəzedici komandası "Qarabağ-2" ilə görüşdə hakimlərin otağını gec təmizləyib.
Otaqda hakimlər gələnə qədər klubun məşqçiləri oturduğu üçün kabinetin təmizlənməsi xeyli vaxt aparıb. Federasiya buna görə "Səbail"ə 80 manat cərimə kəsib.