Təmsilçimiz İstanbulda beynəlxalq yarışda qızıl medal qazandı
Fiqurlu konkisürənimiz Vladimir Litvinsev Türkiyənin İstanbul şəhərində “Bosfor kuboku” yarışında uğurla çıxış edib.
Mediasport.az xəbər verir ki, təmsilçimiz qızıl medal qazanıb.
O, qısa və sərbəst proqram üzrə çıxış edərək 12 idmançı arasında 225.41 xal taplayıb.
Yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova da təmsil ediblər.
Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.