AFFA "İmişli"ni cəzalandırıb

AFFA "İmişli"ni cəzalandırıb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, bu gün baş tutan iclasda 1-ci Liqanın 16-cı turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 70.1);

29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);

29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyununda “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);

29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 74.1);

29.02.2024-cü il tarixində I Liqada XVI turun “Araz Saatlı” – “Qaradağ Lökbatan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Araz Saatlı” klubu 80 manat cərimə edilir (maddə 74.1);