Premyer Liqa klubunun futbolçusu yeni mövsüm 1-ci Liqada çıxış edəcək

Premyer Liqa klubunun futbolçusu yeni mövsüm 1-ci Liqada çıxış edəcək

I Liqada mübarizə aparacaq "İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

mediasport.az xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqada çıxış edən "Araz-Naxçıvan"dan Həzrət İsayevi sıralarına qatıb.

Əsgər Abdullayevin komandası daha əvvəl "Qaradağ Lökbatan"dan Nihad Tamazov, "Sumqayıt"dan Xəzər Mahmudov, "Qarabağ"dan Rəhim Cəfərli və Ayxan Arazlını heyətinə qatıb.