Klub yoldaşına "hamısı bir-birinə bənzəyir" dedi, 7 oyunluq cəza aldı
İngiltərə Futbol Assosiasiyası "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankura ağır cəza kəsib.
Mediasport.az xəbər verir ki, qurum uruqvaylı futbolçunu irqçilikdə ittiham edib.
Ölkəsində televiziyaya verdiyi müsahibədə cənubi koreyalı komanda yoldaşı Son Hın Min haqda danışarkən "koreyalılar hamısı bir-birinə bənzəyir" deyən Bentankur 7 matçlıq diskvalifikasiya edilib.
27 yaşlı Cənubi amerikalı yarımmüdafiəçi həmçinin, 100 min funt-sterlinq məbləğində cərimə ödəyəcək.
O, komanda yoldaşından üzr istəyib.