Zöhrə Ağamirova: "Proqramı səhvsiz təqdim edə bildiyim üçün şadam"

Zöhrə Ağamirova: "Proqramı səhvsiz təqdim edə bildiyim üçün şadam"

"Avropa çempionatında medal qazanmaq mənim arzum idi. Bu arzumu reallaşdırdığım üçün çox xoşbəxtəm".

mediasport.az xəbər verir ki, bu sözləri Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatında qrup hərəkətləri komanda ilə yarışında 1-ci, şəxsi yarışda isə topla hərəkətlərdə 3-cü yeri tutan milli komandamızın üzvü Zöhrə Ağamirova deyib.

“Məşqçilərimə dərin təşəkkürümü bildirirəm, mənə dəstək olur, kömək edirlər. Gözəl dəstəyə görə tribunadakı tamaşaçılara da təşəkkür edirəm. Bu dəstək mənə əlavə güc verdi. Proqramı səhvsiz təqdim edə bildiyim üçün şadam".