Gimnastika millimiz Lüksemburqda beynəlxalq turnirdə iştirak edəcək

Gimnastika millimiz Lüksemburqda beynəlxalq turnirdə iştirak edəcək

Bədii gimnastika üzrə Azərbaycan millisi “LUXGR Cup 2024” beynəlxalq turnirində iştirak etmək üçün Lüksemburqa yollanıb.

Mediasport.az xəbər verir ki, ölkəmiz yarışda 6 idmançı ilə təmsil olunacaq.

Fidan Qurbanlı, Dəniz Abdullazadə, Sofiya Məmmədova, Nəzrin Abdullayeva gənclər, Kamilla Seyidzadə və Mədinə Dəmirova isə böyüklər arasında mübarizə aparacaqlar.

Beynəlxalq turnir fevralın 9-11-i aralığında təşkil ediləcək.