Bədii gimnastlar beynəlxalq turnirdə 9 medal qazanıblar

  Bədii gimnastlar beynəlxalq turnirdə 9 medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Lüksemburqda keçirilən "LUXGR Cup 2024" adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, böyüklər arasında Kamilla Seyidzadə 2 "qızıl" (çoxnövçülük, gürzlər), 2 "gümüş" (halqa, lent) və 1 "bürünc" (top) qazanıblar.

Gənclər arasında Nəzrin Abdullayeva (halqa), Sofiya Məmmədova (lent), Dəniz Abdullazadə (gürzlər) gümüş, Fidan Qurbanlı bürünc (çoxnövçülük) medala yiyələniblər.