Karyerasında ilk dəfə qadınlar arasında ölkə çempionu olub
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.
Mediasport.az xəbər verir ki, Ayan Allahverdiyeva karyerasında ilk dəfə qadın şahmatçılar arasında ölkə birincisi olub.
O, 7 turdan sonra 5,5 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.
0,5 xal az toplayan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.
Hərəyə 4,5 xal yığan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurublar.
Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib.
Həmin məbləğ ilk “beşlik”də yer alanlar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib.
Çempionatda ilk iki yeri tutan şahmatçılar şəxsi Avropa çempionatında iştirak edəcəklər.