Millimiz Tiranada 3 medal qazandı, komanda hesabında üçüncü oldu
Albaniyada yeniyetmə taekvondoçular arasında Avropa Birinciliyi keçirilib.
Mediasport.az xəbər verir ki, milli komandamızın üzvü Novruz Əliyev (45 kq) qızıl medal qazanıb və Avropa çempionu tituluna yiyələnib.
Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.
Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) üçüncü olublar.
Beləliklə, millimiz Tiranadakı Avropa Birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc mükafatla başa vurub.
Xatırladaq ki, oğlanlardan ibarət millimiz komanda hesabında üçüncü pillədə qərarlaşıb.