Kolumbiyadakı diplomatımız bu klubun rəhbərliyinə gətirildi - FOTO

Kolumbiyadakı diplomatımız bu klubun rəhbərliyinə gətirildi - FOTO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Difai" rəhbərliyində yeni sima təmsil olunmağa başlayıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan Respublikasının Kolumbiyadakı səfirliyinin nümayəndəsi Namik Ramazanov klubun İdarə Heyətinə üzv təyin edilib.

Hazırda Bakıda olan diplomat funksionerlər və komanda üzvləri ilə görüşüb.

O, futbolla yaxından maraqlandığını, bu idman növündə baş verənləri daim diqqət mərkəzində saxladığını bildirib.

Ramazanov 1905-ci ildə yaradılan "Difai" təşkilatının adını futbol sektorunda yaşadan klubla münasibətlərinin yaranmasından məmnunluq hissi keçirdiyini söyləyib.

Səlahiyyətli nümayəndə 3 il öncə fəailiyyətə başlayan "fədailər"in inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.