Şəhriyar Məmmədyarov Almaniya Bundesliqasının qalibi olub
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniya Bundesliqasının qalibi olub.
Mediasport.az xəbər verir ki, 39 yaşlı qrossmeyster “Firnhaym” klubunun heyətində ölkə çempionu olub.
Komanda 16 kollektivin dairəvi sistemlə mübarizə apardığı yarışda keçirdiyi 15 oyunun hamısında qələbə qazanıb.
Nicat Abasovun şərəfini qorduğu “Ötighaym” komandası isə 6-cı yeri tutub.