45-ci Şahmat Olimpiadasında rekord sayda iştirakçı olacaq
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək 45-ci Şahmat Olimpiadası iştirakçılarının siyahısı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, FİDE turnirdə rekord sayda komandanın mübarizə aparacağını açıqlayıb.
Kişilərin mübarizəsində 193, qadınlarda isə 181 yığma yarışacaq.
İki il əvvəl Çennayda (Çin) keçirilən olimpiadada bu rəqəm 188 və 162-ya bərabər olub.
Xatırladaq ki, Azərbaycanı kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, qadınlardan ibarət komandada isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova təmsil edəcək.
Yarış sentyabrın 10-23-ü aralığında təşkil ediləcək.