AMADA mətbuat günündə idman jurnalistləri arasında yarış keçirdi

AMADA mətbuat günündə idman jurnalistləri arasında yarış keçirdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri üçün maarifləndirici xarakterli intellektual-əyləncəli tədbir keçirib.

MediaSport.az xəbər verir ki, tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli media nümayəndələrini təbrik edərək Azərbaycan mətbuatının keçdiyi böyük yoldan danışıb.

Antidopinq maarifləndirməsində mətbuatın rolundan bəhs edən Ş.Hüseynli bildirib ki, AMADA bu istiqamətdə hər zaman media ilə sıx əməkdaşliq edir, vaxtaşırı jurnalistlər üçün antidopinq maarifləndirmə tədbirləri keçirirlər.

Daha sonra jurnalistlər arasında bilik yarışı keçirilib. Böyük rəqabət şəraitində keçən yarışda jurnalistlər əsasən antidopinq sahəsində olmaqla, ümumilikdə idman biliklərini sınayıblar.

Qalib komandanın üzvləri mükafatlandırılıblar.