Qaçış tədbiri olacaq

Qaçış tədbiri olacaq

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyi ilə əlaqədar olaraq, 24 noyabr tarixində Dənizkənarı Milli Park ərazisində 100 km məsafəyə qaçış tədbiri keçiriləcək.

Mediasport.az xəbər verir ki, yarışın "Ağ şəhər bulvarı"ndan başlanaraq "Su idman sarayı" istiqamətində 4 dairə 22.5 km və "Port Baku Park"dan başlayaraq Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında (5 km) finişə çatdırılması planlaşdırılıb.

Start 03:00-da "Ağ şəhər bulvarı"nda olacaq.

Məsafə üzrə vaxt limiti olacaq: 

22.5km – 3.30saat

45 km – 7 saat

67.5 km – 11 saat

90 km – 14.30 saat

100 km – 16 saat 

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSefit1LkO-fhkOGWfi-FBINlFL9WaxOVizwK65gVSqgLpM5jw/viewform?fbclid=IwAR1OZj0ArYnQ4eyfRyERA7d1SAA76pw6gMofFPVgc27Dk3az5Gh68e2u8pQ