"CBC Sport" 8 yaşında!

"CBC Sport" 8 yaşında!

Bu gün "CBC Sport" telekanalı üçün əlamətdar gündür.

Kanalın əsas yayıma keçməsindən 8 il ötür.

"Caspian İnternational Broadcasting Company Sport" ("CBC Sport") 9 avqust 2015-ci ildə internet, 1 oktyabr 2015-ci ildə test yayımına başlayıb.

Kanal 1 noyabr 2015-ci ildən isə əsas yayıma keçib.

Azərbaycanda 11-ci ümumrespublika telekanalı olan "CBC Sport" ölkədə ilk “HD” təsvir formatında yayımlanan televiziya kanalıdır.

8 sentyabr 2015-ci ildə Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

“AzərKosmos” ASC ilə "CBC Sport" televiziya kanalı arasında bağlanmış müqaviləyə əsasən 2 noyabr 2015-ci il tarixdən etibarən 11135/H/27500 tezliyi ilə Azerspace-1 peyki üzərindən yayıma başlayıb.

Mediasport.az saytının kollektivi adından "CBC Sport" kanalında çalışan həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.