"Qarabağ" İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ" İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ"ın 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Mediasport.az xəbər verir ki, Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” turnirində 24 komanda mübarizə aparacaq.

İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina” və “Dinamo” (Zaqreb) kimi tanınmış klublar da var.

C qrupunda yer alan "Qarabağ" sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə, ertəsi gün “Sanseverines”lə üz-üzə gələcək.

Qrup qalibləri və ikinci yerin sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək.

Digər iştirakçılar isə aşağı pillələr uğrunda mübarizəni davam etdirəcəklər.

Turnirə sentyabrın 8-də yekun vurulacaq.