"Anderlext"in üzvü "Qarabağ"lı futbolçulara görüşüb dəstəyini bildirdi

"Anderlext"in üzvü "Qarabağ"lı futbolçulara görüşüb dəstəyini bildirdi

Futzal üzrə milli komandamızın üzvü Eduardo Borges Belçikada "Qarabağ"ın düşərgəsini ziyarət edib.

mediasport.az fanat.az saytına istinadən xəbər vcerir ki, karyerasını Beçlikada davam etdirən braziliyalı legioner Ağdam klubuna dəstəyini nümayiş etdirib.

"Anderlext"də çıxış edən Eduardo həmyerlisi Riçard Almeyda, həmçinin kolumbiyalı Kevin Medina ilə görüşüb. 2021-ci ilin yayından Belçika klublarında ("Halle-Qoyik", "Anderlext") çıxış edən "sambaçı" bu axşam baş tutacaq "Gent" - "Qarabağ" matçında təmsilçimizi dəstəkləyəcəyini bildirib.