Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Dənizkənarı Milli Parkda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uşaqlar idmanı sevir" adlı festival keçirilib.

Mediasport.az xəbər verir ki, uşaqlar müxtəlif idman növlərində - stolüstü tennis, badminton və şahmat, avarçəkmə və.s. özlərini sınayıblar.

Festival çərçivəsində ən maraqlı məqam 12 yaşlı pəhləvan Əli Muxtarovun çəkisi 1280 kiloqram olan avtomobili dartması olub.

Azyaşlı idmançı iki əli üzərində yeriyərək avtomobili dişləri ilə dartıb. Cüdo ilə də məşğul olduğunu söyləyən Əli Muxtarov Azərbaycanın titullu cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərovun yolu ilə getmək istədiyini bildirib.