Federasiya rəhbəri həbs edildi!
Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko həbs edilib.
mediasport.az xəbər verir ki, Kiyevin Peçersk məhkəməsi siyasətçi barəsində həbs-qətimkan tədbiri seçib.
Ukraynalı jurnalst Konstantin Andriyukun bildirdiyinə görə, Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Federasiya rəhbəri 9 milyon 880 min qriven (təxminən, 270 min ABŞ dolları) məbləğində girov müqabilində azad oluna bilər.