DÇ-2022 - Çempion nə qədər pul qazanacaq? - BÜTÜN RƏQƏMLƏR
Noyabrın 20-dən dekabrın 18-dək ilk dəfə payız-qış mövsümündə keçiriləcək Dünya çempionatı FİFA-ya 4 milyard dollar qazanc gətirəcək.
mediasport.az xəbər verir ki, hesablamalalara əsasən, mundial dünya futbol təşkilatının 4 milyard 666 milyon dollar gəlir götürməsinə imkan verəcək.
Vəsaitin çox hissəsi telayayımdan əldə olunacaq, tv kanallar-şirkətlər DÇ-ni yayımlamaq üçün FİFA-ya 2 milyard 460 milyon dollar ödəniş edib. Marketinq fəaliyyətindən 1 milyard 363 milyon qazancın əldə edilməsi gözlənilir.
FİFA-nın qazanacağı məbləğin 843 milyonu yarışa sərf olunacaq. Burada komandalara 440 milyon, konkretləşdirsək, hər bir iştirakçı ölkəyə artıq 1,5 milyon dollar mükafat ödənilib.
Mundialın mükafat fondunu da ümumi vəsaitin bir qismi təşkil edəcək. Dünyanın ən güclüsü olacaq yığmanın mükafatı 42 milyon dollar nəzərdə tutulub. İkinci yerə 30, bürünc medalçıya 27, 4-cü yerin sahibinə isə 25 milyon dollar veriləcək.