Antalyada "Böyük Dəbilqə": 3 cüdoçumuz mübarizəyə başlayır
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 3 cüdoçusu iki çəki dərəcəsində tatami üzərinə çıxacaq.
Əhməd Yusifov (60 kq) 1/16 finalda türkiyəli Salih Yıldızla üz-üzə gələcək.
Ruslan Paşayev və Rəşad Yelkiyev (66 kq) mübarizəyə 1/32 finaldan başlayacaq.
Paşayev türkiyəli Məhəmməd Dəmirəl, Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulu ilə qarşılaşacaq.
Martın 31-dək davam edəcək “Böyük Dəbilqə”də ölkəmiz 9 kişi cüdoçu ilə təmsil olunacaq.