Yığmamız Avropa Kubokunda Ermənistan seçməsinə qalib gəldi

Yığmamız Avropa Kubokunda Ermənistan seçməsinə qalib gəldi

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.

Mediasport.az xəbər verir ki, yığmamız ilk matçında Ermənistan seçməsini darmadağın edib - 21:9.

Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək.

Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.