Dünya çempionatında ilk gün: Cüdoçularımız medalsız qaldılar
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb.
Millimiz günü medalsız başa vurub.
Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) ümidləri doğrultmayıb.
Qadınların yarışında isə Leyla Əliyeva (48 kq) medalsız qalıb.
Qeyd edək ki, komandamız mundiala 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb.
DÇ mayın 24-dək davam edəcək.