"Gələcəkdə daha böyük yerlərdə olacağıma inanıram"

"Gələcəkdə daha böyük yerlərdə olacağıma inanıram"

"Çiyin, topuq və digər bölgələrimdə zədələrim var. Buna görə müəyyən məşqləri etmək imkanım olmamışdı".

mediasport.az xəbər verir ki, bunu Bakıda keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanan Kəramət Hüseynov deyib.

60 kq-da fəxri kürsünün 3-cü pilləsinə qalxan idmançı görüşlərin çətin keçdiyini bildirib.

- Özümü güclü hiss etmirdim. Qızıl medal qazanmaq istəyirdim, lakin qismət olmadı. Düşünürəm ki, bu, hələ başlanğıcdır. Gələcəkdə daha böyük yerlərdə olacağıma inanıram.