Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb
19-24 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək cüdo üzrə dünya çempionatına qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi mundialda yığmamız 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.
-52 kq çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva zədəli olduqlarına görə yarışa qatılmayacaqlar.
Cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
DÇ Əbu-Dabi şəhərindəki “Mubadala Arena”da keçiriləcək.
Qadınlar: -48 kq. Leyla Əliyeva, -57 kq. Acelya Toprak;
Kişilər: -60 kq. Balabəy Ağayev, Turan Bayramov, -66 kq. Yaşar Nəcəfov, Kamran Süleymanov, -73 kq. Hidayət Heydərov, -81 kq. Zelim Tçkayev, -90 kq. Elcan Hacıyev, Vüqar Talıbov, -100 kq. Zelim Kotsoyev.