"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin oyunları davam edir.
Mediasport.az xəbər verir ki, turnirdə keçirdiyi ardıcıl 2 oyunda qələbə qazanan "Araz-Naxçıvan" "Uddevalla"ya (İsveç) uduzub və mübarizəni dayandırıb.
Xatırladaq ki, Vitali Borisovun komandası bu oyuna qədər "Sparta Belfast"ı (7:1) və "Sillamae Silla"nı (7:0) darmadağın etmişdi.
UEFA Çempionlar Liqası. İlkin mərhələ. H qrupu
"Uddevalla" (İsveç) - "Araz-Naxçıvan" (Azərbaycan) 4:3
Qollar: Hampus Furublad, 4'05'', 23'05'', Noraldin Azizi, 37'51'', Petrit Zubi, 39'18'' - Aledes, 16'17'', Kənan Manafov, 36'38'', Amadeu, 39'58''