Onur və Yağmur Riqada 1-ci oldular

  Onur və Yağmur Riqada 1-ci oldular

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli "Riga City Council’s Youth Cup" beynəlxalq turnirində etimadı doğruldublar. 

Mediasport.az xəbər verir ki, Latviyada keçirilən yarışda U-13 yaş dərəcəsində mübarizə aparan idmançılar bütün rəqiblərini üstələyiblər.

Yığma komandamız beynəlxalq yarışa 16 idmançı ilə qatılıb. Riqa sınaqlarına sabah yekun vurulacaq.