DÇ-2024: Azərbaycan - Niderland görüşünün vaxtı dəyişdirilib

DÇ-2024: Azərbaycan - Niderland görüşünün vaxtı dəyişdirilib

Futzal üzrə DÇ-2024-ün Elit-raundu çərçivəsində sentyabrın 20-də keçiriləcək Azərbaycan – Niderland oyununun başlanma saatı dəyişdirilib.

Mediasport.az xəbər verir ki, canlı yayımla əlaqədar matçın start fiti əvvəldən nəzərdə tutulduğu kimi, saat 20:00-da deyil, 18:30-da veriləcək.

Bakı İdman Sarayında baş tutacaq görüş "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.